AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova şöbənin 2015-ci ilin I yarısı üzrə hesabatını təqdim edib. O, elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyəti problemləri istiqamətlərində elmi-tədqiqat işlərinin aparıldğını qeyd edən məruzəçi bildirib ki, neft-qaz sənayesi üçün Big Data analizi texnologiyaları və böyük verilənlərin analitikası və vizuallaşdırılması problemləri tədqiq olunmuş, böyük verilənlərin analizi üçün statistik metodlar araşdırılmışdır. Onun sözlərinə görə, əldə olunmuş elmi nailiyyətlər tezis, məqalə və ekspress-informasiyada öz əksini tapmışdır.
M.Hacırəhimova qeyd edib ki, elmi-innovasiya işləri çərçivəsində “Elmi Problemlər Reyestri” sisteminin konseptual əsasları işlənmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsində iştirak edilmişdir. Həmçinin 2 dissertasiya işinə və 7 məqaləyə elmi-texniki ekspertiza işləri yerinə yetirilmişdir.
Məruzəçi elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, kitabların və elektron nəşrin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri ilə bağlı şöbədə yerinə yetirilmiş işlərdən söz açaraq şöbə əməkdaşları tərəfindən 7 konfrans materialının dərc olunduğunu, nüfuzlu elmi jurnallara 6 məqalənin təqdim olunduğunu diqqətə çatdırıb. Şöbənin elmi nəticələrinə olunan istinadların sayının 40-a çatdığını bildirib.
Sonda təklif və tövsiyələr nəzərə alınmaqla hesabat qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.