“RİF.İnnopolis” İT-konfransına start verildi

09 İyun 2015 - 15:56 | Maraqlı məlumatlar
“RİF.İnnopolis” İT-konfransına start verildi, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bu gün Kazanda (Tatarıstan Respublikası) İnnopolis şəhərinin təntənəli açılışına həsr olunmuş “RİF.İnnopolis” İT-konfransı keçirilir.

İki gün davam edəcək tədbirdə runetin infrastrukturu, şəbəkədə təhlükəsizlik məsələləri, sosial İT-layihələr, startaplara dəstək ekosistemi, İnternet və hüquq, veb-işləmələrin xüsusiyyətləri və onlayn-KİV-in gələcəyi mövzusunda məruzələr dinləniləcək. Proqramın ayrıca bloku əməliyyat sistemlərinin yaradılmasına həsr olunmuş “Os Day” konfransıdır.

İnnopolis şəhəri rəsmən konfrans günü açılacaq. Burada 155 min nəfərin yaşayışı nəzərdə tutulub ki, onların 50 faizini İT-mütəxəssislər təşkil etməlidir. Şəhərdə universitet və texnopark da salınacaq. İnnopolisin qurulmasına 650 milyard rubl sərf olunub. İnşaat işləri 2012-ci ildə başlayıb. lenta.ru xəbər saytının bildirdiyinə görə, əvvəlcə layihə İT-kənd adlandırılmışdı, burada 50 min nəfərin yaşaması nəzərdə tutulmuşdu. Sonra isə layihənin miqyası artırılmışdı.

“RİF.İnnopolis” konfransı “RİF.Region-2015” layihəsi çərçivəsində keçirilir. Tədbirin təşkilatçıları Rusiya Elektron Kommunikasiyalar Assosiasiyası, İnternet-təşəbbüslərinin İnkişafı Fondu, İnternet Texnologiyaları Regional İctimai Mərkəzi, “DZ Systems” və Rusiya Elmlər Akademiyasının Sistemli Proqramlaşdırma İnstitutudur.