Tədris-İnnovasiya Mərkəzində vətəndaşların müraciətləri əsasında onların informasiya texnologiyaları sahəsundə müxtəlif proqramlar əsasında biliklərinin yoxlanılması və sertifikatlaşdırılması həyata keçirilir. Sertifikat almağın şərtləri:
Sertifikat almaq istəyən şəxs hansı proqramlar üzrə biliklərini sertifikatlaşdırmaq istəməsi barədə ərizə ilə İnstitutun rəhbərliyinə müraciət edir
Müraciət əsasında imtahan təyin olunur;İmtahan götürülməsi institutda fəaliyyət göstərən, informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərdən təşkil olunmuş sertifikatlaşdırma komissiyasına həvalə olunur;
İmtahanın nəticəsindən asılı olaraq həmin şəxsə Sertifikatverilir.