sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Rusiya Elmlər Akademiyası İnformasiyanın Ötürülməsi Problemləri İnstitutununlaboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru Yakov Qrinberq, texnika üzrə fəlsəfə doktoru İlya Kuroçkin və Sergey Smirnov ilə görüş oldu. 

Görüş yeni İnternet xidmətləri, informasiya ilə mübadilə prosesində daha böyük imkanlar yaradan bulud hesablamaları texnologiyasının tətbiqi, bu xidmətlərə artan tələbat, bulud texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin hazırlanması, bu sahədə peşəkar kadrların yetişdirilməsi məsələlərinin müzakirəsi məqsədi daşıyırdı. 

Tədbirdə inkişaf etmiş ölkələrdə bulud texnologiyalarının tətbiqinin vüsət aldığı qeyd edilərək bu texnologiyaların imkanlarından söhbət açıldı. Bulud texnologiyalarından istifadə edilərkən əlyetərlik, mobillik, etibarlılıq, qənaət və s. kimi üstünlüklərin təmin olunduğu bildirildi. 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-də fəaliyyət göstərən e-elmin şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsi infrastrukturunun beynəlxalq tələblərə müvafiq olaraq təşkili istiqamətində mühüm işlərin aparıldığını bildirdi. Bulud xidmətləri ilə bağlı tədbirlərin görüldüyünü də nəzərə çatdıraraq bu texnologiyaların elmi-nəzəri, praktiki və s. problemlərinin öyrənildiyini qeyd etdi. 

Müasir dövrdə elmi fəaliyyətin beynəlxalq tələblərə uyğun təşkilinə, innovativ inkişafa informasiya texnologiyalarının imkanlarından geniş istifadə etmədən nail olmağın qeyri-mümkün olduğunu qeyd edən Y.Qrinberq dünya elm mühitinə inteqrasiyada İKT-nin tətbiqinin mühüm şərt olduğunu vurğuladı. İT xidmətlərinin, xüsusən də bulud texnologiyalarının tətbiqində mühüm rol oynayan yüksəkixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən söhbət açdı. Rusiya Elmlər Akademiyasına istedadlı, kreativ təfəkkürlü gənc kadrların cəlb edilməsi, dünyanın aparıcı elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan işlər haqqında məlumat verdi. 

18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti