Yüksək keyfiyyətli 3D-printer təqdim olunub

04 May 2015 - 10:00 | Maraqlı məlumatlar
Yüksək keyfiyyətli 3D-printer təqdim olunub

Koreyanın “Carima” şirkəti yüksək keyfiyyətli məhsulların istehsalı üçün nəzərdə tutulmuş DP110 adlı 3D-printeri təqdim edib. İstehsalçılar yeni printeri 3D-çap sahəsində inqilab kimi qiymətləndirir.

DP110-un iş prinsipi 1 mikrometr intervalla yerləşdirilmiş minlərlə güzgünün köməyi ilə optik təsvirləri formalaşdıran rəqəmsal mikrogüzgülü qurğuya əsaslanır.

Çəkisi 19 kq olan qurğunun dəyəri 5500 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, 1983-cü ildə əsası qoyulmuş “Carima” şirkəti optik avadanlıqların hazırlanması ilə məşğul olur.

3d-expo.ru