Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirildi.
Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.
İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Lyudmila Suxostatın “Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” və Üzeyir Qurbanlının “Gömrük işində risklərin idarə olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.
İddiaçı L.Suxostatın dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Famil Məmmədov və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, iddiaçı Ü.Qurbanlının dissertasiya işi üzrə kuratorlar isə texnika üzrə elmlər doktoru, professor Cavanşir Məmmədov və texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev təyin olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.