İnfraqırmızı qadjet görmə qabiliyyətindən məhrum insanlara kömək edəcək

01 May 2015 - 11:00 | Maraqlı məlumatlar
İnfraqırmızı qadjet görmə qabiliyyətindən məhrum insanlara kömək edəcək

Fransanın “Pixium Vision” şirkətinin mütəxəssisləri tərəfindən görmə qabiliyyətindən məhrum insanlara kömək edən eynəklər hazırlanıb.

Texnologiya çipdən daxil olan elektrik enerjisinin görməni bərpa etmək üçün sinir sistemini stimullaşdırdığı neyromodulyasiya hadisəsinə əsaslanır.

Əvvəlcə kiçik ölçülü çip həkim tərəfindən pasiyentin gözünün torlu qişasına yerləşdirilir. Pasiyent həmin eynəkdən istifadə etdikdə sistemə qoşulmuş video kamera portativ kompüterə təsvir göndərir. Prosessor infraqırmızı təsvirdə eynəyin gözlərə ötürdüyü məlumatları dəyişdirir. İmpulslar elektrodları implantata daxil edir və görmə siniri təsvirləri beyinə daşıyır.

Görməni qismən bərpa edən implantat əlçatan olsa da, yüksək keyfiyyətə malik deyil.

Yeni sistem təcrübədən keçirilib və müsbət nəticələr əldə olunub. 2016-cı ildə kliniki sınaqların həyata keçirilməsi planlaşdırılır.

Qurğunun dəyəri təxminən 100 min avro təşkil edəcək.

nauka24news.ru