AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Development of the Model of Dynamic Storage Distribution in Data Processing Centers” (Verilənlərin emal mərkəzlərində yaddaşın dinamiki bölünməsi modelinin işlənməsi) adlı məqaləsi “International Journal of Information Technology and Computer Science”-də (IJITCS) dərc olunmuşdur.
Qeyd edək ki, jurnal “Google Scholar”, “CrossRef”, “DOAJ”, “IndexCopernicus”, “INSPEC(IET)”, “EBSCO”, “VINITI”, “JournalSeek”, “ULRICH's Periodicals Directory”, “WordCat”, “Scirus”, “Academic Journals Database”, “Stanford University Libraries”, “Cornell University Library”, “UniSA Library”, “CNKI Scholar”, “J-Gate”, “ZDB, BASE”, “OhioLINK”, “iThenticate”, “Open Access Articles”, “Open Science Directory”, “National Science Library of Chinese Academy of Sciences”, “The HKU Scholars Hub” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir.
Məqalədə verilənlərin emal mərkəzlərində yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması məsələsinə baxılmışdır. Yaddaş resurslarının dinamiki paylanmasının stoxastik modeli təklif olunmuşdur. Yaddaşdan istifadə vəziyyətinin dəyişməsi prosesinin Markov prosesi olduğu müəyyən edilmişdir.
Həmçinin yaddaşdan istifadə prosesinin stoxastik modelinin qurulması və praktiki verilənlər üzərində ehtimal sıxlığı funksiyasının qurulması məsələsinə baxılmış, ehtimal sıxlığı funksiyasının parametrləri stoxastik model və praktik verilənlər vasitəsi ilə təyin edilmişdir. Qurulmuş model və ehtimal sıxlığı funksiyası parametrlərinin hesablanması prosesin gedişində dinamik olaraq həyata keçirilir, hər bir zaman intervalının əvvəlində prosesin hansı maksimum ehtimalla, hansı vəziyyətə keçəcəyi proqnozlaşdırılır. Əvvəlki proqnoz qərarlarının adekvatlığı monitorinq edilir. Qeyd olunur ki, zaman keçdikcə proqnozun keyfiyyəti yüksəlir, adekvatlığın səviyyəsi artır. Model yaddaş resurslarının virtuallaşdırılmasında istifadə olunur və yaddaş resurslarının israf olunmadan istifadə olunmasını təmin edir. Burada vizualizasiya bazasının strukturu da verilmişdir. Baza monitorinq prosesinin bütün dövrlərinə baxmağa imkan verir. Monitorinq bazasından istifadə etməklə prosesin müxtəlif cəhətlərini analiz etmək üçün məsələlər həll etmək olar. Sonda alınmış nəticələrdən istifadə etmək haqqında tövsiyələr verilmişdir.
International Journal of Information Technology and Computer Science
IJITCS Vol. 7, No. 5, p. 18, April 2015
Development of the Model of Dynamic Storage Distribution in Data Processing Centers
Rashid Alakbarov, Fahrad Pashayev, Mammad Hashimov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.