Dünyanın ən kiçik kompüteri istehsala hazırdır

08 Aprel 2015 - 12:48 | Texnoloji yeniliklər
Dünyanın ən kiçik kompüteri istehsala hazırdır

Miçiqan Universitetinin (ABŞ) Hesablama texnikası kafedrası dünyanın ən kiçik kompüterinin (“Michigan Micro Mote”) istehsalına hazır olduğunu açıqlayıb. Hazırda istehsalçılar qurğuya marağı olan şirkətlərlə danışıqlar aparır.

Bu kompüter fotoşəkil çəkə, temperaturu və təzyiqi ölçə və bu məlumatları öz yaddaşına yaza bilir. Qurğu işıq impulsu vasitəsilə proqramlaşdırılacaq.

İstehsalçılar hesab edir ki, “Michigan Micro Mote” kompüteri tibb sahəsində tətbiq oluna bilər.

Kompüter informasiyanı daxili simsiz modul sayəsində 7 metrədək ötürə bilir. Mütəxəssislər bu məsafəni 20 metrə çatdırmağı planlaşdırırlar.

Qeyd edək ki, “Michigan Micro Mote” kompüterinin hazırlanmasına 10 il vaxt sərf olunub.

ictnews.az