Harvard Tibb Məktəbinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatların nəticələri göstərib ki, mobil telefon, smartfon və ya planşetlərdən istifadə yuxusuzluğun yaranmasına gətirib çıxarır.
ABŞ-da hər il təxminən 1500 insan yol-nəqliyyat hadisəsində sükan arxasında yuxuya getmiş sürücülərin günahı üzündən həlak olur. “Yuxu bizim işimiz, ünsiyyət və ailəmizlə vaxt uğrunda rəqabət aparır. Bir çoxları üçün yuxu bu yarışda yalnız dördüncü yerdədir”, — Sleep Health fondunun sədri Devid Xilmen belə deyib. O bildirib ki, yuxu ilə bağlı problemlər piylənmə, diabet, xərçəng və ürək xəstəlikləri ilə də bağlı olur.
gazeta.ru saytının məlumatına görə, 8-10 saat ayıq vəziyyətdən sonra insan yorulmağa başlayır. Əgər bu vaxt yatmazsa, onun orqanizmi fəal şəkildə yuxu hormonu - melatonin istehsal etməyə başlayır.
Həmçinin tədqiqatlar nəticəsində aşkar olunub ki, düz ekranlı televizorlar, enerjiyə qənaət edən işıq diodları, kompüter monitorları və smartfonların ekranları sağlamlıq üçün olduqca təhlükəlidir.