Qanunvericiliyə “populyar bloqçu” və “sosial şəbəkə” anlayışları daxil edilməlidir

18 Mart 2015 - 14:55 | Maraqlı məlumatlar
Qanunvericiliyə “populyar bloqçu” və “sosial şəbəkə” anlayışları daxil edilməlidir

RF Federasiya Şurası təkliflə çıxış edib

RF Federasiya Şurasında “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” Qanuna “sosial şəbəkə”, “avtonom bloq”, “bloqçu”, “populyar bloqçu” və “profil/akkaunt/bloq” kimi yeni anlayışlarıın daxil edilməsini nəzərdə tutan yeni qanunlayihəsi təqdim olunub. Müvafiq düzəlişlər senator Konstantin Dobrınin və bloqçular tərəfindən işlənilib.

Bildirilənə görə, sənəd vətəndaş hüquqlarının müdafiəsi, sosial şəbəkələrin xüsusiyyətləri nəzərə alınmaqla, İnternet-istifadəçiləri arasında informasiya yayımı və məlumat mübadiləsinin tənzimlənməsi məqsədilə hazırlanıb. Qeyd edilən anlayışların qanuna daxil edilməsi “Bloqçular haqqlnda Qanun”un müddəalarını dəqiqləşdirməyə kömək edəcək. “Bloqçular haqqında Qanun”a düzəlişlərlə bağlı məsələyə Rusiya Dövlət Dumasında yaz sessiyasının sonunadək baxılacağı ehtimal olunur.

Xatırladaq ki, Rusiyada populyar bloqçuları KİV-lə bərabər tutan “Bloqçular haqqında Qanun” 2014-cü il avqustun 1-dən işləməyə başlayıb. 

Qanuna əsasən,əgər sayt və fərdi səhifələrə gün ərzində 3 min istifadəçi müraciət edərsə, o zaman onların sahibləri “Bloqçu” kateqoriyasına aid edilir.

www.it-news.club informasiya resursunun məlumatına görə, sayt və fərdi səhifələrin sahibləri xüsusi reyestrə daxil edilib və informasiyanı dərc etməzdən əvvəl onun etibarlığını yoxlamalı, seçkiqabağı təşviqat qaydalarına riayət etməli, həmçinin ekstremist yönümlü materialları dərc etməməlidir.