“Intel” şirkəti CES’2014 sərgisində ikinüvəli SoC Quark bazasında SD formatlı yaddaş kartı ölçüsündə olan "Edison" “kompüter”ini təqdim edib. Pentium sinfindən fərdi komputer olan qurğu Wi-Fi və Bluetooth-u dəstəkləyir, Linux bazasında işləyir.
tech.onliner.by saytının məlumatına görə, “Intel” “Edison” üçün xüsusiləşdirilmiş proqramlar mağazasını da açmağı planlaşdırır. Kompüter ayrıca qurğu kimi istifadə üçün nəzərdə tutulmayıb. Onu “əşyaların İnterneti” sistemi çərçivəsində daşınan elektronika (misal üçün, ağıllı saatlarda) və məişət texnikasına quraşdırmaq olar.
Şirkət həmçinin 1,3 milyon dollar mükafat fondunun olduğu “Make It Wearable” müsabiqəsini də keçirəcəyini elan edib. Müsabiqəyə daşınan qurğuların təkmilləşdirilməsinə dair ən yaxşı ideyalar qəbul ediləcək. Qaliblərə 500 min dollar məbləğində mükafat veriləcək.