Azərbaycanın informasiya və rabitə sektorunda cari ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manat məbləğində xidmət göstərilib.
“ictnews” xəbər xidmətinin məlumatına əsasən, göstərilən xidmətlərin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb.
Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faiz təşkil edib.
Hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcminin 52,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manata çatıb.
2014-cü il ərzində təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manat məbləğində xidmət göstərilib ki, bunun da 56,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb.