İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar üzrə metod və alqoritmlər işləniləcək

11 Fervral 2015 - 16:00 | Konfranslar, İclaslar
İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar üzrə metod və alqoritmlər işləniləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bu fikirləri texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev institutun 2 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı səsləndirib. Bildirib ki, il ərzində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və bu sahədə təşkilatlararası koordinasiya və e-dövlət infrastrukturunda kiberhücumların yayılması modellərinin işlənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, şöbədə bulud hesablama sistemlərinin informasiya təhlükəsizliyi problemləri tədqiq olunacaq, kompüter şəbəkələrinin intellektual monitorinqi sistemi üçün arxitektura və müvafiq metodlar işləniləcək­­.

2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi-tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2015-ci ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğulayıb.

O, şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirib ki, cari ildə AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi və qrant layihələrin yerinə yetirilməsi üzrə işlərin aparılması planlaşdırılır.

Y.İmamverdiyev 2015-ci ildə şöbə əməkdaşları tərəfindən tanınmış elmi jurnallarda bir sıra məqalələrin nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Sonda ətraflı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.