Dünyada ən böyük saat istehsalçısı “Swatch Group AG” daşınan elektronika bazarına yeni məhsul çıxarmağı planlaşdırır. İsveçrə şirkətinin yeni məhsulunun Apple Watch “ağıllı” saatlarına rəqib olacağı gözlənilir.
“Şirkət özünün bütün ticarət məhsullarında innovasiya texnologiyalarını tətbiq etmək niyyətindədir” – deyə bildirən “Swatch” şirkətinin icraçı direktoru Nik Hayek “ağıllı” saatların istehsalına yaxın 2-3 ay ərzində başlanılacağını söyləyib.
3dnews.ru xəbər xidmətinin məlumatına əsasən, yeni qadjet Windows və Android əsasında işləyən portativ qurğular ilə uyğun olacaq.
Citigroup analitiklərinin proqnozlarına görə, 2018-ci ildə kompüterləşmiş saat satışı 10 milyard ABŞ dollarına çatacaq və bu qurğuların alıcılarının yarısı ənənəvi qol saatlarından imtina edəcəklər.