Faynşteyn Tibbi Elmi-Tədqiqat İnstitutunun alimləri nəfəs borusunda zədələrin aradan qaldırılması məqsədilə insan qığırdağının çapı üçün modifikasiya olunmuş MakerBot 3D-printerindən istifadə ediblər.
Nəfəs borusunun zədələnməsi travmaya, xərçəng və ya digər xəstəliklərə səbəb ola bilər. Çatışmayan hissələri əvəzləmək üçün qığırdağı bədənin başqa hissəsindən götürmək və ya zədələnmiş seqmentləri bir-birinə tikməklə nəfəs borusunu bərpa etmək mümkündür.
Həkimlərin sözlərinə görə, hər il müalicənin bu üsullarından istifadənin uğursuzluqla nəticələndiyi pasiyentlər də olur. Bu səbəbdən tədqiqatçılar MakerBot təcrübi 3D-printerindən istifadə etməklə daha effektiv üsul üçün tədqiqatlar aparmağa başlayıblar.
itexpert.org.ua saytının məlumatına əsasən, tibbdə üçölçülü çap sümüklərin yaradılması məqsədilə istifadə olunur. Həkimlər əməliyyatlara hazırlıq üçün öz pasiyentlərinin 3D-modellərindən istifadə edirlər.
Qeyd edək ki, bəzən 3D-çap sayəsində görmə qabiliyyəti, hətta insan həyatını qoruyub saxlamaq mümkün olur.