“Google” şirkəti “Android” qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə hakerlərlə əməkdaşlığa başlayır

03 Fevral 2015 - 11:00 | Maraqlı məlumatlar
“Google” şirkəti “Android” qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə hakerlərlə əməkdaşlığa başlayır

“Google” şirkəti “Android” əlavələrdə boşluqların aşkar edilməsi üçün hakerlərlə əməkdaşlıq edəcək. Şirkət İnternet nəhəngi “Google Play”in əlavələrində tapılan boşluqlara görə hakerlərə 3 min ABŞ dolları məbləğində ödəniş həyata keçirəcək. 

Bu prosesdə yalnız boşluq aşkar etmək təcrübəsinə malik olması təsdiqlənən hakerlər iştirak edə biləcəklər.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, son 5 ildə korporasiya artıq “Chrome”da və digər “Google” proqram təminatlarında boşluqların aşkar edilməsinə görə hakerlərə 5 milyon dollaradək vəsait ödəyib.