“3D Print Conference”da “Alov qüllələri”nin 3D-surəti təqdim olunacaq

02 Fevral 2015 - 15:19 | Mühüm hadisələr
“3D Print Conference”da “Alov qüllələri”nin 3D-surəti təqdim olunacaq

12 fevral 2015-ci il tarixdə Bakıda keçiriləcək 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans (“3D Print Conference”) çərçivəsində üçölçülü printerdə Azərbaycanın ən yüksək binaları ilk dəfə çap olunacaq.

Konfransın proqramına məruzələrlə yanaşı, 3D-avadanlıqların iş prinsipinin nümayiş olunması da daxildir.

Rusiyanın “Picaso 3D” şirkəti konfransda memar Maksim Vorotnikovun modeli üzrə hazırlanmış “Alov qüllələri”nin unikal 3D-surətini çap edəcək.

Memarlıq abidəsinin kiçildilmiş surətinin ölçüsü - 20x20x20 sm-dir. Maketin Picaso Designer adlı 3D-printerdə çap olunması üçün plastik kütlədən istifadə nəzərdə tutulur.

Tədbir iştirakçıları çap prosesini izləməklə 3D texnologiyaların müasir dünyanı nə dərəcədə dəyişə biləcəyinin şahidi olacaqlar.  

Qeyd edək ki, Picaso 3D Rusiyanın ilk üçölçülü printer istehsalçısıdır. 2011-ci ildə təsis edilmiş şirkətin əsas fəaliyyət istiqamətləri 3D-çap qurğularının hazırlanması və istehsalıdır.

“3D Print Conference” haqqında ətraflı məlumatı rəsmi saytdan əldə etmək olar: 3dprint.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.