ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev TV1-in “Bakı vaxtı” verilişinin qonağı olub.
Verilişdə Azərbaycanda kibertəhlükəsizlik, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində görülən işlər, rəqəmsal dövlətə keçidlə bağlı həyata keçirilən tədbirlər, dövlət strukturlarında onlayn xidmət sisteminin keyfiyyətinin yüksəldilməsi ətrafında müzakirələr aparılıb.
Ramiz Alıquliyev hazırda ölkəmizdə rəqəmsal dövlətə keçidin zamanın tələbi olduğunu qeyd edərək bu baxımdan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı çərçivəsində keçirilən müşavirənin əhəmiyyətinə toxunub. Alim çıxında ölkəmizdə rəqəmsal inkişaf, kibertəhlükəsizlik və süni intellekt sahələrinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.