Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun institutun “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda (NASCO XXVIII) məruzə ilə çıxış ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (AZİ) keçirilən konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və AZİ-nin birgə təşkilatçılığı baş tutub.
Elmi konfransda institutun elmi işçiləri – Gülnar Paşayeva və Səadət Abdullayeva, baş mütəxəssisi Sünbül Zalova tədbirin plenar iclaslarında çıxış ediblər.
İclaslarda G.Paşayevanın “İnformatika elminin yaranma tarixinə qısa nəzər”, S.Abdullayevanın “Onlayn medianın monitorinqində süni intellekt texnologiyalarının tətbiqi: imkanlar və çağırışlar”, S.Zalovanın “Rəqəmsal mediada “deepfake” texnologiyalarının rolu, problemləri və üstünlükləri” adlı məruzələri dinlənilib. İnstitutun əməkdaşları məruzə ilə çıxışlarına görə sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, “NASCO XXVIII” konfransında ölkənin müxtəlif ali təhsil və elmi müəssisələrində tədqiqat aparan doktorantlar və gənc alimlər, habelə xaricdə tədqiqat aparan azərbaycanlı doktorant və gənc tədqiqatçılar apardıqları araşdırmaların nəticələrini təqdim ediblər. Konfransın əsas məqsədi elmi mübadiləni təşviq etmək, gənc tədqiqatçıların peşəkar inkişafına dəstək vermək və müxtəlif elmi istiqamətlərdə yeni ideyaların müzakirəsi üçün platforma yaratmaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.