Prezident İlham Əliyev: Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir

03 Noyabr 2025 - 17:37 | Müsahibələr, çıxışlar
Prezident İlham Əliyev: Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir

Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.

“Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.

AzərTac