2015-ci ilin ən çox gözlənilən planşetləri

30 Dekabr 2014 - 09:58 | Maraqlı məlumatlar

Dünyada böhran hökm sürsə də, müxtəlif qadjet istehsalçıları, əksəriyyəti növbəti ilin başlanğıcında təqdim ediləcək innovativ qurğuların hazırlanması prosesini dayandırmaq niyyətində deyillər.

cnews.ru saytı növbəti ildə bizi gözləyən bir-birindən maraqlı planşet nümunələrini təqdim edib.

Nexus 2015 edition

İlk sırada əlbəttə ki, "Nexsuslar" xəttinin növbəti yenilənməsi dayanır. Planşet şirkətin 2015-ci ildə keçiriləcək sərgilərindən birində nümayiş olunacaq. Cari ildə "Motorola" və "Google" Nexus 6 adlı altı düymlük qurğunu satışa çıxardı və bununla da etalon qadjetlərin yeni tipinin əsası qoyuldu: hazırda bu, Androidin həm son versiyası, həm də kifayət qədər inkişaf etdirilmiş konfiqurasiyasıdır.

Toshiba Shared Board (TT301)

Yeni qeyri-müəyyən Nexsus qurğusundan fərqli olaraq, "Toshiba" haqqında bəzi məlumatlar verilib: bu 24 düymlük diaqonallı biznes-planşet  televizora daha çox bənzəyir. Toshiba Shared Board monitor rolunu da oynaya bilər. HDMI konnektoru da məhz bunun üçün nəzərdə tutulub.

Microsoft Surface Pro 4 & Surface Mini

Bu klaviaturalı planşet-slayderin tipi əvvəlkindən fərqlənmir. "Microsoft" şirkəti qurğuda şarnir mexanizmini təkmilləşdirib. Eyni zamanda, Surface Pro 4 növbəti il yeni və daha effektiv Intel Broadwell çipi ilə təchiz oluna bilər. Bu mini-versiya 8 düymlük ekrana malik olacaq.

Apple iPad Pro

Digər "pro" isə Apple-dan gözlənilir: Şirkət yeni versiyanı hələ 2014-cü ilin avqust ayından hazırlamağa başlayıb. Ümumiyyətlə, bu planşet mövcud "kiçik" iPad-lərin əvəzetməsi kimi deyil,  Apple-nin oriyentasiyasını dəyişməsi kimi qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.