AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Baku Retro FM-ə müsahibə verib. Alim radio verilişinə müsahibəsində 26 Noyabr - Ümumdünya İnformasiya Gününün əhəmiyyətindən, informasiyanın cəmiyyətə müsbət və mənfi təsirlərindən danışıb. Son dövrlərdə süni intellekt texnologiyalarının, rəqəmsal texnologiyaların icitmai həyatın bütün sferalarına sürətlə nüfuz etdiyini söyləyən alim bildirib ki, bütün bu reallıqlar kontekstində insanların həyatında informasiyanın rolu get-gedə daha da artır. Akademik Rasim Əliquliyev çıxışı zamanı dövlət başçısı tərəfindən ölkəmizdə informasiya suverenliyinin əldə olunması ilə bağlı həyata keçirilən tədbirlərdən və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında informasiya texnologiyalarının rolundan da danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.