“Soft Computing” jurnalı institut əməkdaşının elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib

26 Noyabr 2024 - 11:08 | Mühüm hadisələr
“Soft Computing” jurnalı institut əməkdaşının elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Springer Nature” akademik nəşriyyatının “Soft Computing” jurnalının redaksiyasına 2024-cü ildə daxil olmuş son 3 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatı təqdim olunub. 

“Web of Science” elmi bazasına daxil olan jurnal təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir. Jurnalın impakt faktoru 3.1-ə bərabərdir.

“Soft Computing” jurnalı “SCOPUS”, “Google Scholar”, “DBLP”, “INSPEC”, “EBSCO”, “Science Citation Index Expanded”, “EI Compendex” və s. kimi nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.