Pilotsuz Uçuş Aparatlarının kiberdayanıqlılıq məsələləri təhlil olunub

23 Noyabr 2024 - 14:00 | Yeni nəşrlər
Pilotsuz Uçuş Aparatlarının kiberdayanıqlılıq məsələləri təhlil olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın və institutun doktorantı Orxan Vəlixanlının həmmüəllifi olduqları “A survey on UAVs security issues: attack modeling, security aspects, countermeasures, open issues” adlı məqalə Polşa Elmlər Akademiyasının Sistem Tədqiqatları İnstitutu tərəfindən tərtib edilən “Control and Cybernetics” jurnalında çap olunub.

Məqalədə Pilotsuz Uçuş Aparatlarının (PUA) bir çox təhlükəsizlik məsələləri analiz olunmuşdur. Əvvəlcə PUA-ların müxtəlif komponentləri müəyyən edilmişdir. Daha sonra hər bir komponentə olan kiberhücumlar ayrı-ayrılıqda xarakterizə olunaraq sistemləşdirilmişdir. Bundan əlavə, PUA-lara olan kiberhücumların, təhdidlərin aşkarlanması və onlara qarşı əks-tədbirlərin görülməsi metodlarına da nəzər yetirilmişdir. Məqalədə PUA-ların kiberdayanıqlığının artırılması, məlumat məxfiliyinin qorunması və s. kimi məsələlərə də toxunulmuşdur.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant №3 LR-AMEA) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanmışdır.

Qeyd edək ki, “Control and Cybernetics” jurnalı “Scopus” bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.