İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə “Knowledge-Based Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal süni intellekt sahəsində multidissiplinar nəşrdir. Jurnalda verilənlər elmi və hesablama metodları vasitəsi ilə proqnozlaşdırma və qərarların qəbulu, süni intellektin nəzəri və praktik əsasları, biliklərə əsaslanan intellektual modellərin, metodların və sistemlərin biznes, dövlət, təhsil, mühəndislik, səhiyyə sahəsinə tətbiqi və yeni yanaşmaların işlənməsi istiqamətləri üzrə orijinal, innovativ və yaradıcı tədqiqat nəticələri dərc olunur.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Impact Factor: 8.8
5-Year Impact Factor: 8.6
Source Normalized Impact per Paper (SNIP): 2.578
CiteScore: 12.3
SCImago Journal Rank (SJR): 2.065
Journal Citation Indicator ™ (2022): 9.64
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.