Oktyabrın 18-də ADA Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı” – “AICT 2023” öz işinə başlayıb.
Tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən alim və mütəxəssisləri bir araya gətirməkdir. Oktyabrın 20-dək davam edəcək konfransa dünyanın 26 ölkəsindən alim və mütəxəssislər qatılıb.
ADA Universiteti, Corc Vaşinqton Universiteti (ABŞ), Turin Politexnik Universiteti (İtaliya) və IEEE Azərbaycan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif ölkələrdən çıxış üçün təqdim edilən 140-dan çox məqalədən 60-a yaxın məqalə qəbul edilib.
“AICT2023” Data Science; Big Data mühəndisliyi; maşın təlimi və digər süni intellekt metodları; proqram mühəndisliyi; kibertəhlükəsizlik; İKT sahəsində yeni trendlər; kommunikasiya, şəbəkə və avadanlıqlar; siqnalların emalı; biznes, idarəetmə və iqtisadiyyatda İKT; elm və təhsildə İKT; tibb və səhiyyədə İKT və s. kimi mövzuları əhatə edir.
Qeyd edək ki, konfransda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da məruzələrlə çıxış edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.