İnformasiya Texnologiyaları İnstitutunun ölkənin ali məktəbləri ilə əməkdaşlıq əlaqələri davam etdirilir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün dərslərə start verilib.
Cari ildə tələbələrə institutun mütəxəssisləri tərəfindən “Kompüter qrafikası”, “Python proqramlaşdırma dili”, “Veb dizayn (HTML/CSS, JAVASCRİPT)” və s. kimi fənlər tədris olunacaq. Kurs müddətində tələbələrə həm nəzəri, həm də praktiki biliklər aşılanacaq. Sessiya başa çatdıqdan sonra müvəffəqiyyət qazanmış tələbələrə institutun uyğun sertifikatlarının verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında bu istiqamətdə əməkdaşlıq münasibətləri keçən ildən başlayıb. Burada məqsəd həmin ali məktəbin tələbələrinin əmək bazarının tələblərinə uyğun kompetensiyalara yiyələnməsinə nail olmaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.