İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” və “Kompüter elmləri” ixtisasları üzrə 5 iddiaçı iştirak edib.
Ümumiyyətlə, 2023-cü ildə İnformasiya Texnologiyaları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına 13 nəfər müraciət etmişdir. Xarici dil imtahanından müvəffəqiyyətlə keçən 6 şəxs növbəti mərhələyə buraxılmış, onlardan 5-i isə fəlsəfə imtahanından məqbul nəticə əldə edərək ixtisas fənnindən doktorluq imtahanı vermək imkanı əldə etmişdilər. İxtisas üzrə imtahanının nəticələrinə əsasən 3 iddiaçı doktoranturaya qəbul olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.