1968-ci il dekabrın 9-u ilk kompüter "maus"unun yarandığı gündür. Duqlas Enqelbartın ixtirası bir düyməsi olan təkərli taxta kubdan ibarət idi. Kompüter siçanı öz adını naqilə "borcludur" - o ixtiraçıya əsl siçanın quyruğunu xatırladırdı.
İlk mausu mühəndis Bill İnqliş hazırlayıb. Proqram təminatının müəllifi isə Ceff Rulifsondur. Qurğunun daxilində iki metal disk var idi: cihaz irəli hərəkət edən zaman onlardan biri çevrilirdi, ikincisi isə mausun sol və sağ tərəfə hərəkəti üçün "cavabdeh idi".
infosystems.ru saytının məlumatına görə, sonralar Enqelbartın bu ideyası "Xerox" şirkətinin marağına səbəb oldu. Şirkət tədqiqatçıları qurğunun konstruksiyasını dəyişərək onu müasir mauslara oxşar vəziyyətə gətirdi. 1970-ci ilin əvvəllərində Xerox ilk dəfə mausu fərdi kompüterin tərkib hissəsi kimi təqdim etdi. 400 dollar dəyərində olan qurğunun üç düyməsi var idi.
1983-cü ildə "Apple" şirkəti Lisa kompüteri üçün bir düyməli maus hazırlamışdı. Mausun Apple Macintosh kompüterlərində və sonralar IBM PC üçün Windows əməliyyat sistemində geniş istifadəsi ona böyük populyarlıq qazandırmışdı.
Bu gün mexaniki və optik mauslar mövcuddur. Son texnoloji yenilik isə naqilsiz mausdur. Əvvəllər hər bir istehsalçı siqnalların ötürülməsi üçün öz üsulunu hazırlamışdır. Lakin sonradan əlaqə üçün Bluetooth-bağlantısından daha geniş istifadə olunmağa başladı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.