“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfrans keçiriləcək

01 Fevral 2023 - 16:52 | Konfranslar, İclaslar
“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfrans keçiriləcək

21-22 fevral 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana dili gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfrans keçiriləcək. Tədbirin təşkilatçıları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və  AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutudur.

Konfrans İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.