İnstitutun əməkdaşı Proqramlaşdırma üzrə beynəlxalq olimpiadanın yarımfinalına vəsiqə qazanıb

05 Dekabr 2014 - 10:00 | Mühüm hadisələr
İnstitutun əməkdaşı Proqramlaşdırma üzrə beynəlxalq olimpiadanın yarımfinalına vəsiqə qazanıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Aytac Ağabəyli Bakıda keçirilmiş Azərbaycanda universitet tələbələrinin 39-cu “ACM ICPC” (International Collegiate Programming Contest) Proqramlaşdırma üzrə beynəlxalq olimpiadasında diploma layiq görülüb. 

Tədbirin təşkilatçıları Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Proqramlaşdırma Müsabiqələri İştirakçılarının Milli Assosiasiyası, “IEEE Azərbaycan bölməsi” və “Azərbaycan ACM Bölməsi”dir.

A.Ağabəyli, həmçinin 6-9 dekabrda Tbilisi (Gürcüstan) şəhərində  keçiriləcək ACM/ICPC  üzrə beynəlxalq olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, əsası 1947-ci ildə qoyulan “ACM” (Association for Computing Machinery – Hesablama Texnikası Assosiasiyası) dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. Assosiasiyanın 100 mindən çox üzvü var. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.