“Research.com portalının imkanları” mövzusunda elmi seminar keçirildi

05 Noyabr 2022 - 11:09 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “Research.com portalının imkanları” (Kompüter Emləri sahəsi üzrə) mövzusunda onlayn elmi seminar keçirildi.

İnstitutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Nərgiz Abdullayeva mövzuya dair təqdimatla çıxış edərək qeyd etdi ki, “research.com” portalı əsas etibarilə elmi araşdırmalar zamanı tədqiqatçıların işini asanlaşdırmaq məqsədini daşıyır.

Elmi cəmiyyətdə “research.com”un rolu və metodologiyası ilə bağlı məlumat verən mərzəçi bu resursun alimlər tərəfindən alimlər üçün yaradılan platforma olduğunu, burada nüfuzlu konfranslar, jurnallar və tədqiqatçı alimlərin elmi göstəricilərinin araşdırıldığını dedi. Diqqətə çatdırdı ki, bu şəbəkə 1000 alim, 2760  konfrans, 15.000-dən çox elmi jurnalı birləşdirir.

Məruzəçi portalın “Ən yaxşı alimlər”, “Ən yaxşı universitetlər”, “Ən yaxşı jurnallar”, “Ən yaxşı konfranslar” və digər nominasiyalar üzrə reytinq siyahıları hazırladığını dedi, həmçinin bəzi statistik göstəriciləri nəzərə çatdırdı.

O, “research.com”un kompüter elmləri və elektronika sahəsindəki 9735-dən çox alim və təqaüdçü  profilini təhlili etdiyini də söylədi.

N.Abdualleyva akademik jurnallar, universitetlər, konfranslar, eləcə də alimlərin reytinq metodologiyası haqqında məlumat verdi, həmçinin onların hansı elmi göstəricilərə əsasən hesablanma qaydasını şərh etdi.

Sonra məruzəçi şöbə əməkdaşlarının suallarını cavablandırdı.

Şöbə müdiri Mədinə Səidova çıxış edənlərin tövsiyələrini nəzərə alaraq mövzunun genişləndirilməsi və məruzənin institutun elmi seminarında müzakirəyə çıxarılmasının məqsədə uyğun olduğunu qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.