İnstitutun komandası Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan yarışda 3-cü yeri tutub

18 May 2022 - 18:41 | Mühüm hadisələr
İnstitutun komandası Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan yarışda 3-cü yeri tutub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Aprelin 25-də start götürən Ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan AMEA-nın gənc alim və mütəxəssislərinin VII İnstitutlararası futbol turnirinin oyunları başa çatıb. AMEA Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən ənənəvi yarışın nəticələrinə əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandası 3-cü yeri tutub.

Turnir yekunlaşandan sonra AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, AMEA Gənc alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru  Elmir Babayevin iştirakı ilə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Akademik A.Həşimov çıxış edərək yarışlarda iştirak edən institutların əməkdaşlarını təbrik edib, onların elmdə olduğu kimi, idman sahəsində də əldə etdikləri müvəffəqiyyəti yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Akademik qalib komandaları təltif edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, VII İnstitutlararası futbol turnirində AMEA İqtisadiyyat İnstitutunun komandası 1-ci, AMEA Rəyasət Heyətinin komandası 2-ci, AMEA Geologiya və Geofizika institutunun komandası isə 4-cü yeri tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.