AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova nüfuzlu “Web of Science” elmi bazasına daxil olan “Soft Computing” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb. Ş.Mahmudovaya bu sertifikat uğurlu beynəlxalq əməkdaşlığa və məqalələrə rəylərin verilməsində fəal iştiraka görə təqdim edilib. Jurnalın impakt faktoru 3.643-dür.
Yumşaq hesablama texnikalarına əsaslanan sistem həllərinə həsr edilmiş “Soft Computing” jurnalı müvafiq sahədə mühüm elmi nəticələrin sürətlə yayılmasını, təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis sistemlər və xaos nəzəriyyəsi üzrə tədqiqatların təqdim olunmasını hədəfləyir.
Jurnal həmçinin “Google Scholar”, “Scopus”, INSPEC, “Japanese Science and Technology Agency (JST)”, “Journal Citation Reports/Science Edition”, CNKI, DBLP, CNPIEC və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.