AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 5-8 aprel 2022-ci il tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində onlayn formatda keçirilən “Multidissiplinar akademik tədqiqat, innovasiya və nəticələr” XIII beynəlxalq elmi və praktiki konfransında çıxış edib.
Ş.Mahmudova konfransda fəal iştirakına görə Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.
Qeyd edək ki, “Multidissiplinar akademik tədqiqat, innovasiya və nəticələr” XIII beynəlxalq elmi və praktiki konfransının əsas məqsədi alimləri, tədqiqatçıları multidissiplinar tədqiqatlar və innovasiyaların bütün aspektləri üzrə təcrübə və tədqiqat nəticələrini mübadilə etmək və bölüşmək üçün bir araya gətirmək olub. Tədbir, həmçinin tədqiqatçılar, təcrübəçilər və pedaqoqlar üçün ən son yenilikləri, tendensiyaları, bu sahədə rast gəlinən praktiki problemləri və müəyyən edilmiş həll yollarını təqdim və müzakirə etmək üçün əsas fənlərarası platforma rolunu oynayıb.
Konfransın materialları “Crossref”, “Bowker”, “Google Scholar”, “DOI” və “OUCI” bazalarında indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.