Azərbaycan alimi beynəlxalq konfransda məruzəyə görə sertifikata layiq görülüb

17 Mart 2022 - 13:05 | Mühüm hadisələr
Azərbaycan alimi beynəlxalq konfransda məruzəyə görə sertifikata layiq görülüb

Xəbər verdiyimiz kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov  9-10 mart 2022-ci il tarixlərində Misirin Yeni Qahirə şəhərində onlayn formatda keçirilən Hesablama və İnformatika üzrə V Beynəlxalq Konfransda (5th International Conference on Computing and Informatics, ICCI-2022) iştirak edib.

Beynəlxalq konfransın təşkilat komitəsi R.Ələkbərovu onlayn tədbirdə təqdim etdiyi “Cloudlet çoxluğunda tətbiqi proqramların tiplərinə uyğun cloudletlərin seçilməsi strategiyası” (Cloudlet selection strategy according to the types of applications in cloud networks) mövzusunda məruzəyə görə sertifikatla təltif edib. 

Xatırladaq ki, konfrans Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers, IEEE) dəstəyi, Misirin Gələcək Universitetinin (Future University in Egypt) Kompüter və informasiya texnologiyaları fakültəsinin təşkilatçılığı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.