“Google” şirkəti Avstraliyada internet şarlarını sınaqdan keçirməyə hazırlaşır

20 Noyabr 2014 - 11:07 | Texnoloji yeniliklər
“Google” şirkəti Avstraliyada internet şarlarını sınaqdan keçirməyə hazırlaşır

Texnologiya nəhəngilərindən olan “Google” şirkəti “Project Loon” layihəsini həyata keçirməyə hazırlaşır. Şirkət  insansız isti hava şarları ilə Wi-Fi bağlantısı yaymağı hədəfləyib.

abcnews.go.com saytının məlumatına görə, qalın olmayan polietilendən hazırlanmış və 15 metr genişliyində olan bu şarların hər birinin içində “Linux” əsaslı bir mini kompüter yer alıb. Bu kompüterlərin üzərində Wi-Fi komponentləri və antennaları, GPS və temperatur sensoru da daxil olmaqla, müxtəlif hərəkət sensorları mövcuddur.

“Google” bu layihəsini həyata keçirmək üçün sınaqlar aparmağa hazırlaşır. Şirkət Avstraliyanın “Telstra”  operatoru ilə birlikdə sınaqlar keçirməyə  başlayır. Dekabr ayında Avstraliyanın Queensland bölgəsinə 20 internet şarı ötürülməsi planlaşdırılır. Hər biri təxminən 20 km-ə qədər siqnal göndərmək tutumuna malik olan şarlar uğurlu olarsa, Avstraliyanın digər bölgələrinə də yayılması nəzərdə tutulur.

“Project Loon” layihəsi üçün ən böyük problem isə küləkdir. Şiddətli əsən  külək şarları sala, yaxud əlaqəyə zərər verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.