AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Şakir Mehdiyev bu qurumun baş mühəndisi vəzifəsinə təyin edilib.
Ş.Mehdiyev 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası ilə bitirmişdir. 1979-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1985-1992-ci illərdə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində böyük mühəndis və qrup rəhbəri vəzifəsində işləmişdir.
1992-1997-ci illərdə Azərbaycan Texniki Universitetinin “Elektrik rabitəsi” kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.
Ş.Mehdiyevin əsas elmi istiqamətlərinə Əşyaların internetinin müxtəlif sahələrdə tədqiqi məsələləri, Kiber-fiziki sistemlərin intellektuallaşması, Kiber-fiziki sistemlərin enerji təhlükəsizliyi, Dördüncü sənaye inqilabi fonunda elektron elmin Elm 4.0 transformasiyası daxildir.
O, 5-i “Web of Science” və “Scopus” bazalarında olmaqla 40-a yaxın elmi məqalə və konfrans materialı, o cümlədən 7 ixtiranın müəllifidir.
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.
O, həm də fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarını artıran praktiki və təcrübi işləri aparan şöbənin rəhbəri vəzifəsini icra edir.
Qeyd edək ki, Ş.Mehdiyev institutun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışırdı.
İnstitutun kollektivi adından Şakir müəllimi yeni təyinatı münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik!