AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyevanın həmmüəllifi olduqları “Uşaqların İnternetdə zərərli kontentdən qorunması üçün Analitik İyerarxiya Prosesi əsaslı çoxkriteriyalı qərarqəbuletmə modeli” ("Multicriteria Decision Making using Analytic Hierarchy Process for Child Protection from Malicious Content on the Internet") (DOI: 10.5815/ijcnis.2021.03.05) adlı məqalə “International Journal of Computer Network and Information Security” jurnalında dərc olunub.
Uşaqlar İnternetin resurslarından istifadə edən zaman çox vaxt zərərli informasiya ilə qarşılaşırlar. Məqalədə çox kriteriyalı qərar qəbuletmə məsələsindən istifadə etməklə İnternetdə uşaqların zərərli kontentlə rastlaşmasının qarşısını almaq və İnternetin uşaqlar üçün daha etibarlı bir mühitə çevrilməsi üçün bir yanaşma təklif edilir.
Təklif olunan yanaşmada AHP (Analytic Hierarchy Process) üsulundan istifadə etməklə, uşaqların İnternetə girişinin idarə olunmasında onların yaş kateqoriyasına uyğun olaraq təqdim olunan informasiya müəyyən edilir. Alternativlər üzərində cüt-cüt müxtəlif müqyisə və təhlillər aparmaqla uyğun informasiya təyin edilir. Aparılan eksperimentlərə əsasən əldə edilən nəticələr onu göstərir ki, uşaqlara yaşa uyğun informasiyanın təqdim edilməsi onların virtual məkanda qorunması üçün vacibdir. Nəticələrə əsasən uşaq auditoriyasına təqdim olunmaq üçün üstünlük verilən informasiya növü təyin edilir. Digər altenativlərlə müqayisədə azyaşlı istifadəçi üçün üstünlük zərərsiz informasiyaya verilir.
Qeyd edək ki, “International Journal of Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Stanford University Libraries”, “Open Science Directory” və digər tanınmış elmi bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.