AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin redaktorluğu ilə nüfuzlu kitab çap olunacaq

09 May 2021 - 13:21 | Mühüm hadisələr
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin redaktorluğu ilə nüfuzlu kitab çap olunacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin redaktoru olduğu “Maşın təlimi və data mühəndisliyi sahəsində nailiyyətlər” (“Advances in Data Engineering and Machine Learning”) adlı nüfuzlu kitabın növbəti seriyası çap olunacaq.

Kitabın digər redaktorları Hindistandan olan alim, elmlər doktoru, professor M.Nirancanamurti və Çinli alim, elmlər doktoru, professor Cuanying Xie-dir.

“Maşın təlimi və data mühəndisliyi sahəsində nailiyyətlər” kitabı maşın təlimi və data mühəndisliyi sahəsi ilə məşğul olan tədqiqatçı və tələbələr, sənaye təmsilçiləri, mühəndislər, məlumatların emalı üzrə mütəxəssislər daxil olmaqla, geniş bir auditoriyanı əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.