II kurs magistrantları elmi-pedaqoji təcrübəni uğurla başa vurublar

26 Aprel 2021 - 13:08 | Mühüm hadisələr
II kurs magistrantları elmi-pedaqoji təcrübəni uğurla başa vurublar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında institutun II kurs magistrantlarının elmi-pedaqoji təcrübələrinin nəticələri haqqında müzakirələr aparılıb.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov bu barədə məlumat verərək bildirib ki, 17 mart – 16 aprel 2021-ci il tarixlərində II kurs magistrantları tədris planına uyğun olaraq 4 həftə ərzində elmi-pedaqoji təcrübə keçmişlər. Elmi-pedaqoji təcrübə hər il olduğu kimi, bu il də AMEA prezidentinin müvafiq sərəncamına uyğun olaraq təşkil olunmuşdur:

“Ümumilikdə magistraturada II kurs üzrə təhsil alan 8 magistrant elmi-pedaqoji təcrübəyə cəlb olunmuşdur. Təcrübəyə institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və böyük elmi işçi Nərmin Adıgözəlova rəhbərlik etmişlər”.

F.Yusifov qeyd edib ki, magistrantlar elmi-pedaqoji təcrübəni uğurla başa vurmuş və yüksək balla qiymətləndirilmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.