"Panasonic" şirkəti 200 min noutbuku "geri çağırır"

13 Noyabr 2014 - 15:07 | Maraqlı məlumatlar
"Panasonic" şirkəti 200 min noutbuku "geri çağırır"

"Panasonic" şirkəti Let's note seriyasından olan 200 minə yaxın noutbuku akkumlyator batareyasındakı qüsurlara görə "geri çağırmaq" qərarına gəlib. Bu qüsur kompüterin çox qızmasına və alışmasına səbəb ola bilər.

itar-tass.com saytından bildiriblər ki, akkumulyatorların əvəzetməsi 2011-ci ilin aprel-iyun ayları ərzində buraxılmış  SF-S10 və CF-N10 modellərinə aid olacaq.

Bu ilin may ayında şirkət bu modellərə aid 40 min ədəd noutbukun "geri çağırılması" haqqında məlumat vermişdi. Cari ilin aprelində isə 43 min Sony Vaio noutbuku eyni səbəbə görə "geri çağırılmışdı". 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.