AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının cari ildə ilk iclası keçirilib

21 Yanvar 2021 - 22:00 | Konfranslar, İclaslar
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının cari ildə ilk iclası keçirilib

Yanvarın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) El­mi şurasının cari ildə ilk iclası keçirilib.

Onlayn tədbirdə FRTEB El­mi şurasının üzvləri, elmi müəssisələrin rəh­­bər­ləri, direktor müavin­lə­ri, elmi katibləri, təh­sil, bey­nəlxalq və icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də Gənc alim və mü­tə­xəs­sis­lər şu­ra­la­rının sədrləri işti­rak ediblər.

İclasın gündəliyində olan ilk məsələ – AMEA Rəyasət Heyətinin “AMEA-nın Fizika-Ri­ya­ziy­­­yat və Texnika Elmləri Bölməsinin 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qə­­­ra­rın­dan irəli gələn vəzifələrə həsr olunub.

Məsələ ilə bağlı çıxış edən akademik Rasim Əliquliyev qeyd edib ki, yanvar ayının 19-da AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında FRTEB-in 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliy­yəti haqqında hesabatı dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dördüncü Sənaye İn­qi­la­bının Təh­­lili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında 06 yan­var 2021-ci il ta­rixli Fərmanından danışan Rasim Əliquliyev vurğulayıb ki, ölkə rəhbərinin yük­sək tex­no­lo­gi­ya­la­rın formalaşması istiqamətində qarşıya qoyduğu yeni fəaliyyət is­ti­qa­mət­ləri, eləcə də Dördüncü Sə­na­ye inqilabının çağırışları FRTEB-in elmi müəssisələrinin fəaliyyət is­tiqamətlərində yeni üfüqlər açır.

Alim süni intellekt texnologiyaları, kiberfiziki sistemlər, proqram mühəndisliyi, Big Data, in­­for­masiya və radiasiya təhlükəsizliyi, sosial-iqtisadi, siyasi və texnoloji sistemlərin idarə olun­ma­sı, tət­biqi riyaziyyat, riyazi kriptoqrafiya, riyazi statistika, diskret riyaziyyat, hesablama riyaziyyatı is­­ti­qa­mətində görülməli olan vacib işlərdən, multidissiplinar və tətbiqi tədqiqatların ge­niş­lən­di­ril­mə­sinin zə­ruriliyindən danışıb.

Rasim Əliquliyevin sözlərinə görə, qarşıda duran prioritet vəzifələrdən biri də Respub­li­ka El­mi Təd­qiqatların Əlaqələndirilməsi Şurasının müvafiq elmi şuralarının yenidən for­ma­laş­dırılmasının tə­min edil­məsi məsələsidir.

Elmi şuranın sədri bildirib ki, son dövrlərdə cənab Prezidentin sosial, iqtisadi, dip­lo­ma­­tik və di­gər bu kimi çoxsaylı sferalarda apardığı islahatlar AMEA-nın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində rəhbər tutulmuşdur. Bu baxımdan son dövr­lər­də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi-təşkilati fəaliyyətdə ida­rə­et­mə­nin op­ti­mal­laş­dı­rıl­ma­sı, əldə olunan innovativ po­ten­sial­lı el­mi nə­ti­cə­lə­rin istehsalatda çevik tətbiqi, gənc kadr­la­rın ha­zırlanması məqasədilə bir sıra istiqamətlərdə islahatlar həyata ke­çirilir.

Rasim Əliquliyev, həmçinin akademik Ramiz Mehdiyevin FRTEB-in elmi müəssisələrinin fəa­liyyət istiqamətlərinə müvafiq olaraq irəli sürdüyü mühüm tövsiyələrini diqqətə çatdırıb.

Onlayn iclasda çıxış edən AMEA-nın akademik-katibi, FRTEB-in Elmi şurasının üzvü, aka­de­­mik Adil Qəribov, öz növbəsində 2019-cu ilin dekabrında AMEA-nın Ümumi yığıncağında “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul olunduğunu xatırladıb. Alim elmin in­kişafının və aparılan tədqiqatların Azərbaycan Respublikasının milli mənafeyinə uyğunlaşdırılmasının, ida­rə­et­­mə­nin op­ti­mal­laşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.

Akademik Adil Qəribov, həmçinin AMEA-nın qurumlarında aparılan daxili yoxlamalar haqqında da ətraflı mə­lumat verib.

Onlayn iclasın gündəliyində yer alan növbəti məsələ – Fizika-Riyaziyyat və Texnika Elmləri Böl­məsinin elmi müəssisələrinin 2021-ci il üzrə elmi-tədqiqat planlarının hazırlanması geniş mü­za­ki­rə olunub və elmi müəssisələrə tapşırılıb ki, ölkəmizin milli mənafeyi və dünyanın müasir ça­ğı­rış­la­rına müvafiq olaraq, AMEA-da son dövrlərdə aparılan islahatların fonunda elmi tədqiqat plan­la­rı­na yenidən baxılsın və müzakirəyə təqdim edilsin.

Bölmənin Elmi şurası akademik Hacıbəy Sultanovun 100 illik, AMEA-nın müxbir üzvü Qorx­maz İmanovun 80 illik yubileylərinin ke­çirilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə müvafiq qərarlar qəbul edib.

Onlayn iclasda, həmçinin bir sıra kadr məsələləri barədə də qərarlar qəbul edilib. Akademik Rasim Əli­quliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, akademik Əli Abbasovun AMEA-nın İdarəetmə Sistemləri İns­titutunun, akademik Arif Həşimovun isə Fizika İnstitutunun baş direktoru vəzifəsinə na­mi­zəd­lik­­ləri irəli sürülüb.

Elmi şuranın üzvləri – akademiklər Telman Əliyev, Fikrət Əliyev, Yusif Məmmədov, Na­zim Məmmədov, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Mi­sir Mərdanov, Əminağa Sa­dı­qov, Namiq Cəlilov, eləcə də professor Ayaz Bayramov çıxış edərək FRTEB-in iki elmi müəs­si­sə­sinin baş direktoru vəzifəsinə namizədlər haqqında rəy və fikirlərini diqqətə çatdırıblar. Daha sonra on­layn iclasda keçirilən açıq səsverməyə əsasən, akademik Əli Abbasovun AMEA-nın İda­rəet­mə Sistemləri İnstitutunun, akademik Arif Həşimovun Fizika İnstitutunun baş direktoru və­zi­fə­sinə yekdilliklə seçilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

frteb.science.gov.az