İnstitutun əməkdaşları onlayn konfransda çıxış ediblər

27 Noyabr 2020 - 16:49 | Konfranslar, İclaslar
İnstitutun əməkdaşları onlayn konfransda çıxış ediblər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları 26-27 noyabr 2020-ci il tarixlərdə Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemlər və intellektual texnologiyalar” onlayn konfransında çıxış ediblər.

“Sənaye 4.0 (Industry 4.0) konsepsiyasının əsas istiqamətləri və onların tətbiqi sahələri” bölməsi üzrə Y.İmamverdiyevin “Neft və qaz 4.0 konsepsiyasının əsas istiqamətləri”, Y.İmamverdiyev, M.Hacırəhimova, A.İmamverdiyevanın “Neft quyusu karotaj verilənlərinin klaster analizi”, M.Hacırəhimova, A.Əliyevanın “Dərin təlimin riyazi əsasları haqqında”, “Rəqəmsal iqtisadiyyat (Digital Economy)” bölməsi üzrə Ə.Əliyevin “İnformasiya iqtisadiyyatının perspektiv inkişafı səviyyəsinin qiymətləndirilməsi məsələləri”, R.Şahverdiyeva, G.Quliyeva, L.Əkbərovanın “IV sənaye inqilabına keçid şəraitində rəqəmsal iqtisadiyyatın formalaşması və inkişaf problemləri”, Ə.Əliyevin “İnformasiyaya əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşması və inkişafı problemləri”, N.Axundovanın “Rəqəmsal demoqrafiyanın quruculuğu sahəsində mövcud təcrübənin araşdırılması”, “İntellektual texnologiyalar” bölməsi üzrə R.Mahmudovun "BIG DATA iqtisadiyyatının tənzimlənməsi problemləri”, N.Əhmədovanın “Fazzinq metodu və modifikasiyalarının analizi”, Y.İmamverdiyev, M.Hacırəhimova, G.Muradovanın “Neftveriminin artırılması layihələrinin intellektual analizi haqqında”, Ş.Mansurovanın “IoT yeni biliklərin əldə olunması mənbəyi kimi”, L.Yusifovanın “Anomaliyaların aşkarlanmasında mövcud olan metod və modellərin analizi”, “Sənaye 4.0 və Rəqəmsal iqtisadiyyat mühitində informasiya təhlükəsizliyi” bölməsi üzrə Y. İmamverdiyev, G. Yaqublunun “Zərərli proqram təminatının dinamik analizi metodikası”, “Sənaye 4.0: elm və təhsil” bölməsi üzrə N.Cəbrayılovanın “IV sənaye inqilabı və onun təhsilə təsiri” məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.