26 noyabr 2020-ci il tarixdə Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemlər və intellektual texnologiyalar” mövzusunda onlayn konfrans öz işinə başlayıb.
Noyabrın 27-dək davam edəcək tədbirdə müxtəlif elm və təhsil qurumlarından olan alim və tədqiqatçıların “Sənaye 4.0 (Industry 4.0) konsepsiyasının əsas istiqamətləri və onların tətbiqi sahələri”, “Rəqəmsal iqtisadiyyat (Digital Economy)”, “İntellektual texnologiyalar”, “Sənaye 4.0 və Rəqəmsal iqtisadiyyat mühitində informasiya təhlükəsizliyi”, “Sənaye 4.0: elm və təhsil” bölmələri üzrə məruzələri dinləniləcək.
Qeyd edək ki, konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da çıxış edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.