Beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

05 Sentyabr 2020 - 10:39 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  nüfuzlu “IEEE” təşkilatının dəstəyi ilə keçiriləcək “International Conference on Emerging Technologies 2020” (“ICET 2020”) beynəlxalq konfransının texniki proqram komitəsinin üzvü seçilib.

28-29 oktyabr 2020-ci il tarixlərdə Pakistanın Mühəndislik və Texnologiya Universiteti tərəfindən təşkil olunacaq konfrans müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların elmi nəticələrini, eləcə də inkişaf etməkdə olan texnologiyalar sahəsində son tendensiyaları təqdim etməyi nəzərdə tutur.

16-ci dəfədir ki keçirilən beynəlxalq tədbir bu dəfə Pakistanın Taksila şəhərində baş tutacaq. Konfransda süni intellekt, maşın təlimi, əşyaların interneti, bulud hesablamaları, kibertəhlükəsizlik, proqram mühəndisliyi, “ağıllı” şəbəkələr və digər mövzularda müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.