İnstitutda yerinə yetirilən dissertasiya işlərinin müdafiəyə hazırlığı məsələsi müzakirə olundu

21 Avqust 2020 - 02:03 | Konfranslar, İclaslar
İnstitutda yerinə yetirilən dissertasiya işlərinin müdafiəyə hazırlığı məsələsi müzakirə olundu

AMEA İnformasiya Texnologiyaları İnstitunun Elmi şurasının növbəti onlayn iclasında institutda yerinə yetirilən dissertasiya işlərinin müdafiəyə hazırlığı məsələsi müzakirə olundu.

Bu barədə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev çıxış etdi. Bildirdi ki, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırlanan dissertasiya işlərinin 5-i 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim olunub. Onun sözlərinə görə cari ilin birinci yarısında “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarəolunması üçün model və metodların işlənilməsi” adlı dissertasiya işinin ilkin müzakirəsi uğurla həyata keçirilib.

R.Şıxəliyev “Sosial şəbəkələr və mətnlərin intellektual analizi  texnologiyalarının köməyi ilə e-dövlətin tədqiqi”, “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf perspektivləri” adlı dissertasiya işləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, cari il ərzində “Elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi”, eləcə də “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” üzrə mövzuların müzakirələrinin keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.