İnstitutun əməkdaşları onlayn beynəlxalq konqresdə çıxış ediblər

09 İyul 2020 - 20:00 | Konfranslar, İclaslar

“Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi başa çatıb.

Xəbər verdiyimiz kimi, 7-9 iyul 2020-ci il tarixlərdə Rusiyanın Sankt-Peterburq şəhərində “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi keçirilib.

Onlayn formada təşkil olunmuş tədbirdə proqram mühəndisliyi, elektrik mühəndisliyi, təhsil texnologiyaları, nanomühəndislik, nanotexnologiyalar, texnologiya və innovasiya kimi mövzularda müzakirələr aparılıb.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev İnformasiya iqtisadiyyatının innovativ perspektivlərinin çoxkriteriyalı  analiz üsulları vasitəsilə qiymətləndirilməsi, baş mütəxəssis Tamilla Bayramova Proqram təminatının yaradılması üzrə komanda üzvlərinin işinin qiymətləndirilməsi” və böyük elmi işçi Roza Şahverdiyeva İnnovativ texnoparkların fəaliyyətinin çoxmeyarlı ekspert qiymətləndirməsi məsələləri mövzusunda məruzə ediblər.

Qeyd edək ki, konqresin ikinci seksiyası T.Bayramovanın moderatorluğu ilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.