AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institut əməkdaşlarına tapşırılan işlərin icra vəziyyəti ilə bağlı idi.
Bu barədə çıxış edən institutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova öncə 2020-ci ilin fəaliyyət planlarında əməkdaşların qarşısına qoyulmuş vəzifə və tapşırıqların icrası haqqında məlumat verdi. O, alim və mütəxəssislər tərəfindən prioritet istiqamətlər üzrə tədqiqatların davam etdirildiyini, beynəlxalq və respublika səviyyəli elmi jurnallara, elmi-praktiki konfranslara məqalələrin təqdim olunduğunu qeyd etdi.
D.Zeynalova aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun magistr, doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məlumatları da təqdim etdi.
İclasda, həmçinin “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarında mart, aprel və may ayları ərzində çap olunan məqalələr, Elmi seminarda müzakirə edilməsi nəzərdə tutulan mövzular, eləcə də İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti haqqında məruzələr dinlənildi, müvafiq tapşırıqlar verildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.